Bakıda hərbçilərin yürüşləri təşkil olunacaq
14 sentyabr 2021 20:48 (UTC +04:00)

Bakıda hərbçilərin yürüşləri təşkil olunacaq

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10.00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Lent.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.

# 1800
avatar

Oxşar yazılar