Azərbaycanla Rusiya arasında aviauçuşlar bərpa edilir
15 fevral 2021 04:52 (UTC +04:00)

Azərbaycanla Rusiya arasında aviauçuşlar bərpa edilir

Rusiya bazar ertəsindən etibarən rəsmi olaraq Azərbaycanla müntəzəm aviareysləri bərpa edir.

APA TASS-a istinadən xəbər verir ki, müvafiq qərar 3 fevral tarixində Rusiya hökuməti tərəfindən elan edilib.

Hər iki ölkənin aviaşirkətləri Moskva-Bakı marşrutu ilə həftədə iki uçuş həyata keçirə biləcəklər. Rusiyanın “Aeroflot” aviaşirkəti ötən həftə bildirib ki, fevralın 17-dən etibarən Bakıdan həftədə iki uçuş həyata keçirməyi planlaşdırır.

Azərbaycanın milli hava yolları şirkəti “Azal” 17 fevraldan etibarən Moskvaya xüsusi uçuşlar həyata keçirməyi planlaşdırdığını açıqlayıb. Eyni zamanda, turistlər üçün Azərbaycana giriş hazırda bağlıdır. Ölkəyə yalnız diplomatlar, qohumları Azərbaycan vətəndaşlığı olan əcnəbilər, iş icazəsi və ya oturma izni olan əcnəbilər və tələbələr daxil ola bilərlər.

Qeyd edək ki, pandemiya səbəbindən ölkələr arasında aviauçuşlar keçən ilin martından dayandırılıb.

# 1971
avatar

Oxşar yazılar