Azərbaycandan növbəti humanist addım: üç erməni hərbçisi ölkəsinə verildi
04 may 2021 18:40 (UTC +04:00)

Azərbaycandan növbəti humanist addım: üç erməni hərbçisi ölkəsinə verildi

Bu gün 3 erməni hərbçisi - Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyan öz ölkəsinə təhvil verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, sözügedən hərbçilər Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun müşayiəti ilə Bakı-İrəvan reysi ilə Ermənistana çatdırılacaq.

Bu şəxslərin Ermənistan ordusunda xidmət etməsinin təsdiqlənməsinə baxmayaraq, onların cinayətkar fəaliyyətlərdə, o cümlədən Azərbaycan hərbi qulluqçularının və ya mülki şəxslərin ölümü və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyənləşdirilməyib.

Təəssüf ki, Ermənistan Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə oxşar prinsiplərlə cavab vermir.

Ermənistan hələ də Qarabağdakı minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Ermənistan tərəfinin basdırdığı minalar hələ də mülki şəxslərin və hərbi qulluqçuların ölümünə səbəb olur, onların sağlamlıqlarına zərər yetirir.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dən çox Azərbaycan vətəndaşı barədə də məlumatları gizlədir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlarda basdırılıb. Bu qəbiristanlıqlardan biri Kəlbəcər rayonunun Başlıbel kəndində aşkar edilib.

Əsirlikdə olan digər vətəndaşlarımızın sağ olduqlarını Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də təsdiqləyib, onlarla müxtəlif yazışmalar aparıblar. Bu insanlara, böyük ehtimal ki, işgəncə verilib, vəhşicəsinə öldürülüblər. Lakin İrəvan onlar haqqında hər hansı bir məlumat verməkdən imtina edir. Belə olan halda Ermənistan hansı əsasla humanizmdən danışır? 

Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyevin ciddi nəzarəti altında Azərbaycan tərəfi hər zaman humanist siyasət sərgiləməkdədir. Bu gün təhvil verilən növbəti erməni hərbçilərinin vətəninə qaytarılması bunun bariz nümunəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4070

Oxşar yazılar

Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29
Ralf Horlemann

Almaniya səfirinə SƏRT XƏBƏRDARLIQ: "Üzrxahlıq edilməlidir!"

31 mart 2025 , 19:34
Ermənistan silahlı təxribatlarını belə gizlədir

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 mart 2025 , 18:25
Ermənistandan növbəti TƏXRİBAT:  Dron qaldırdı, atəş açdı...

Ermənistandan növbəti TƏXRİBAT: Dron qaldırdı, atəş açdı...

31 mart 2025 , 10:18