Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
05 avqust 2021 23:07 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

"Azərbaycandan hər gün bizimlə maraqlanırlar" - Türkiyəli nazir

"Bu gün Azərbaycandan uçan yanğınsöndürən təyyarə 10 nəfərlik heyətlə birgə Dalaman hava limanına eniş edib".

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri və Antaliyanın keçmiş millət vəkili Mövlud Çavuşoğlu Antalyadakı yanğınlarla əlaqədar mətbuat konfransında məlumat verərkən bildirib.

Nazir deyib ki, Türkiyədə yanğınların söndürülməsinə dəstək məqsədilə Azərbaycan, həmçinin Gürcüstan vasitəsilə 50 yanğınsöndürən avtomobil və 150 nəfərlik heyət göndərib: "Bu gün qardaşım Ceyhun Bayramovla bu barədə danışıdq. Demək olar ki, hər gün bizimlə əlaqə saxlayıb, maraqlanırlar".

# 3750
avatar

Oxşar yazılar