Azərbaycandan DÜŞMƏNƏ CAVAB:  4 erməni əsgər məhv edildi -YENİLƏNİB
01 sentyabr 2023 16:15 (UTC +04:00)

Azərbaycandan DÜŞMƏNƏ CAVAB: 4 erməni əsgər məhv edildi -YENİLƏNİB

Ermənistan törətdiyi təxribat zamanı dörd hərbçisini itirib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan ordusu Ermənistanın 4 hərbçisini məhv edib, biri yaralanıb.

***
Saat: 15:59

Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı məhv edilən hərbçilərinin adını açıqlayıb.

Lent.az xəbər verir ki, Azərbaycan Ordusunun məhv etdiyi hərbçilər Andranik Antonyan və Arsen Mkrtçyandır.

***

11.10

 

Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri məlumat yayıb. 

Ermənistan Müdafiə Nazirliyi vəziyyət barədə bir azdan açıqlama yayacağını bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda isə bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.

"Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür", MN-dən bildirilib. /APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8439

Oxşar yazılar