Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
01 avqust 2025 13:31 (UTC +04:00)

Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə 3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.

Lent.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 7 (yeddi) iş günü ərzində Media Reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər.

Azərbaycanda xarici media subyektlərinin filial nümayəndəliklərinin bu tələbləri pozmaqla fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin filial və nümayəndəliyin ləğvi üçün əsasdır. Nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında həmin filial və ya nümayəndəliyin internet informasiya ehtiyatına (veb-saytına) müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dərhal məhdudlaşdırılır.

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəliklərində çalışan jurnalistlər, həmçinin xarici jurnalistlər Media Reyestrinə daxil edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar