Azərbaycanda Təbriz hərəkatına dəstək güclənir? - ŞƏRH
24 oktyabr 2022 10:42 (UTC +04:00)

Azərbaycanda Təbriz hərəkatına dəstək güclənir? - ŞƏRH

Son zamanlar Qarabağda Azərbaycanın gördüyü quruculuq işlərinə İran tərəfi qəribə reaksiyalar nümayiş etdirir. Azərbaycan sərhədlərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) genişmiqyaslı təlimlərə başlaması da türk dövlətləri liderlərinin görüşdüyü günlərə və Zəngilan hava limanının açılışı ərəfəsinə təsadüf etdi.

 “İran özü "qaynar qazana" döndüyü bir zamanda sərhəddə qoşun yığaraq kimə və nə üçün qol gücünü nümayiş etdirir?”
Lent.az-ın bu sualını cavablandıran politoloq Elxan Şahinoğlu bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur təlimlərə belə tərif verib ki, guya təlimlər qonşu ölkələr üçün mesajı sülh, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır. Sərhəddə hərbi təlimlərin “dostluqla” nə əlaqəsi var? Həmin generalın cümləsinin davamı məsələnin məğzini açır: “Hərbi təlimlər düşmənlər üçün İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumağa və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır”.

Bəs Azərbaycan və Türkiyə sərhədi boyunca İrana təhdid var? Politoloqun cavabına görə yoxdur, İran özü havadan nəm qapır:

“Azərbaycan və İran prezidentləri bir neçə gün əvvəl Astanada görüşmüşdülər. Bu görüşdən dərhal sonra sərhəddə hərbi təlimlərin keçirilməsi İran-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir. İran daxilində bu qədər problem varkən, şəhərlərində etirazlar səngiməzkən, Tehran sərhəddə hərbi təlimlərlə özünü gücdən salacaq mesajlar verir”,- deyə o qeyd edib.

Elxan Şahinoğlu qeyd edib ki, Tehranın bu siyasəti sonda Azərbaycanda Güney Azərbaycan hərəkatına dəstək barədə fikirlərin güclənməsinə səbəb olacaq. Bu mənadaTürkiyənin Şuşada konsulluq xidmətinə başlayacağını élan etməsi yerinə düşən addım oldu: “Türkiyənin Şuşada konsulluq xidmətinin fəaliyyətə başlaması vacibdir: Ermənistandan və İrandan Qarabağa təhlükənin miqyası azalmayıb. Əlbəttə, güclü ordumuz təcavüzkarlara qarşı ayıqdır. Ancaq Azərbaycanı hədəf almaq istəyənlər bilməlidirlər ki, Qarabağ istiqamətində bizə yenə də problem yaratmaq istəsələr qarşılarında Türkiyəni görəcəklər. Bu baxımdan Şuşada konsulluq xidməti Türkiyənin Qarabağda varlığını göstərən əsas amillərdən birinə çevrilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar