Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Lent.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edilib, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparılıb.
***
Saat 23:18
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Səmərqənddə görüşüb.
Lent.az APA-nın İstanbul müxbirinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, görüş Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə toplantısı çərçivəsində baş tutub.