Ann Linde,  ATƏT-in fəaliyyətdə olan sədri
14 mart 2021 13:23 (UTC +04:00)

Ann Linde, ATƏT-in fəaliyyətdə olan sədri

ATƏT sədri gəlir

Sabah ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linde Azərbaycana səfərə gələcək.

APA-nın ATƏT-ə istinadən verdiyi məlumata görə, A. Linde səfər çərçivəsində Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək, Qarabağ məsələsi və ATƏT-in münaqişənin həlli prosesindəki rolu mövzusunda danışıqlar aparacaq.

Görüşlərdə ATƏT və Azərbaycan arasında əməkdaşlıqla bağlı da müzakirə aparılacaq. ATƏT sədri  vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.

Qeyd edək ki, ATƏT sədrinin regiona səfəri çərçivəsində Ermənistana da səfər edəcəyi gözlənilir.

# 2280
avatar

Oxşar yazılar