Amerikasayağı demokratiya və ya "90-lar"ın xiffəti
09 yanvar 2021 12:24 (UTC +04:00)

Amerikasayağı demokratiya və ya "90-lar"ın xiffəti

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden ölkəsində baş verənləri terror adlandırdı. Tramp tərəfdarlarının ABŞ Konqresinə məlum hücumu təkcə bu ölkədəki əleyhdarları deyil, ayrı-ayrı nüfuzlu beynəlxalq qurumlar tərəfindən kəskin formada pisləndi. Və haqlı olaraq da pisləndi.

 

Amma məsələnin bir maraqlı tərəfi də var. Söhbət ondan gedir ki, öz ölkəsində asayişi, qaydaları pozulmasını terror, dövlətə qarşı qiyam adlandıran rəsmi Vaşinqton nədənsə başqa ölkələrdə baş verənlərdə demokratiya narahatlığı keçirir. Bayden açıq şəkildə bəyan edir ki, bu, terrordu, iştirakçılar da terrorçu, baş verənlər isə qiyamdır.

Sual eləmək lazımdır ki, iyulun 14 də Azərbaycan parlamentinə hücum nə idi?

Nəyə görə onda rəsmi Vaşinqton və Qərbin müxtəlif institutları fərqli mövqe ortaya qoydular? Belə çıxır ki, bu, Vaşinqtonda baş verəndə terror və qiyam, Azərbaycanda isə xalqın istəyi və ya hakimiyyətin basqısıdır?

Vaşinqtonda iştirakçılar terrorçu, Azərbaycanda isə günahsız insanlar? Vaşinqtonda polis qəddarlığı, 5 nəfərin ölümü  demokratiyadır, Azərbaycanda isə həbsi antidemokratiya?

Əslində bütün bunlar siyasi manipulyasiyadadır.

 

Yeri gəlmişkən bir məqamı da qeyd edək; 44 davam edən müharibə zamanı Ermənistan dəfələrlə Azərbaycanın mülki insanların yaşadığı məntəqələri raket və artilleriya atəşinə məruz qoyub. Bu hücumlar zamanı 94 mülki şəxs həlak olub. Bütün bunlara isə dünyaya “demokratiya dərsi” keçən ABŞ səssiz qalıb, hadisələri görməzdən gəlib.

 

Heç kimə sirr deyil ki, 44 günlük əks-hücum əməliyyatlarını uğurla başa  vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə   Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Müharibənin başladığı ilk gün ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanat verməsi isə təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyi təcəssüm etdirirdi. Bu, həm də  dünyaya Azərbaycan xalqının vahid mövqedə olduğunun mesajı idi.

Amma fərqli məqamlar da vardı. Milli Şura adlanan radikal müxalifət toplusu bu günlərdə belə siyasi ədavəti yerə qoymurdular. Dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmadılar.

Sentyabrın 27-dən siyasi fəaliyyətini dondurduğunu elan edənlər Fransa və digər ermənipərəst ölkələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıblar. Müharibə dövrünün əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər yaddan çıxarmamalıdır ki, vaxtilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağ və ətraf rayonlar itirilmişdir. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur. Görünür, onlar hələ də “90-cı illər sindromu”ndan qurtula bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar