Camaat dəfnə hazırlaşırdı, ölü dirildi
15 noyabr 2025 15:36 (UTC +04:00)

Camaat dəfnə hazırlaşırdı, ölü dirildi

0

Hindistanın İndor şəhərindən olan bir ailə əsl möcüzə yaşayıb: artıq ölü hesab olunan 70 yaşlı Mahanlal Vaid öz dəfninə hazırlıq zamanı qəfil nəfəs almağa başlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, kişi beyninə qan sızması (qanaxma) səbəbindən xəstəxanaya yerləşdirilib. Əməliyyatdan sonra vəziyyəti pisləşməyə başlayıb və həkimlər onu süni tənəffüs aparatına qoşublar. Aparatı ayırdıqdan sonra Vaid həyat əlamətləri göstərməyi dayandırıb və ailə onun öldüyünü düşünüb. Cəsədi evə götürüblər və artıq yaxınları onun son mənzilə yola salınması üçün toplaşıb.

Təxminən yarım saat sonra kişi qəfil nəfəs almağa başlayıb. Bu an orada olan hamını şoka salıb. Hətta o vaxta qədər sosial şəbəkələrdə artıq onun ölümü barədə xəbərlər yayılıb, dostları və tanışları başsağlığı mesajları göndəriblər. Mahanlalın oğlu baş verəni əsl möcüzə adlandırıb və bildirib ki, atası hazırda evdə özünə gəlir:

"Atamın tezliklə sağalması üçün dua edirik".

Bu, Hindistanda insanın “ölü elan olunduqdan” sonra dirildiyi ilk hadisə deyil. Keçən il Racastan ştatının Cjunccunu şəhərindən 45 yaşlı Rohitaş Kumarı kremasiya etməyə hazırlaşdıqları zaman onun zəif həyat əlamətləri göstərdiyi üzə çıxmışdı.

Kar və lal yetim olan Kumar bir neçə saat soyudulmuş morqda qaldıqdan sonra personal onun nəfəs aldığını görüb. Hadisədən sonra o, reanimasiya şöbəsinə köçürülmüşdü, lakin çox keçmədən vəfat etmişdi. Bu olaydan sonra baş həkim və üç tibb işçisi səhlənkarlıqda şübhəli bilinərək işdən uzaqlaşdırılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar