Rus neftini daşıyıb "qara siyahı"ya  DÜŞDÜ: bakılı treyderin MACƏRALARI
15 noyabr 2025 14:40 (UTC +04:00)

Rus neftini daşıyıb "qara siyahı"ya DÜŞDÜ: bakılı treyderin MACƏRALARI

0

Sanksiyaları pozaraq Rusiyadan neft tədarükünə dair sxemlərdə iştirak edən, Rusiya pasportlu, Malta vətəndaşlığı olan və BƏƏ-də yaşayan qalmaqallı bakılı treyder hələ də bu işlərin içindədir. Qərb neft şirkətləri və böyük treyderlər Rusiya nefti ilə işləməyi dayandırandan sonra, Rusiyanın “qara qızılı” ilə naməlum şirkətlər ticarət etməyə başlayıb. Və transmillət korporasiyalarının yerinə yanacağı şübhəli şirkətlər daşıyır. Bu şirkətlərin bir hissəsi isə ümumiyyətlə, xüsusi hərbi əməliyyatın elan olunduğu ilk günlərdə peyda olub: söhbət artıq qalmaqallı “Bellatrix Energy” firmasından gedir. Bloomberg analitikləri Bellatrix adını “Harri Potter” kitablarındakı pis sehrbaz Bellatris Lestrenj (Bellatrix Lestrange) obrazı ilə əlaqələndiriblər.

Lent.az xəbər verir ki, həmin bu şirkətə birbaşa bağlı olan şəxs isə dar çevrələrdə 2Rivers Group-un təsisçisi kimi tanınan Tahir Qarayevdir. Lakin bəzi hadisələrdən sonra firma adını dəyişərək Coral Energy adlanmağa başlayıb. Coral şirkəti Sinqapurda qeydiyyatdan keçib. Şirkət hələ 2010-cu ildə Azərbaycan nefti tədarükü ilə bazara çıxıb.

Qarayevin himayəsi altında daha onlarla şirkət və kiçik firmalar var.

Qeyd olunur ki, Qarayev son vaxtlar bir neçə “qara işarə” alıb. Və bu, onun səmimi şəkildə Bellatrix Energy şirkətinin yaradılmasında iştirak etməsindən əvvəl baş verib.

Bir müddət əvvəl Azərbaycan mediasında xəbər yayılıb ki, beş Azərbaycan vətəndaşı Tahir Qarayev, Əhməd Kərimov, Anar Mədətli, Tələt Səfərov və Etibar Əyyub Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib.

Jurnalistlərin məlumatına görə, bu şəxslərin hamısı sanksiyalardan yan keçməklə Rusiya neftinin daşınmasında iştirak etməkdə şübhəli bilinən Coral Energy Group-un (2Rivers Group) rəhbərləridir.

Britaniya hökuməti iddia edir ki, Coral Energy Group beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə istifadə olunan tankerlə Rusiya karbohidrogenlərinin ticarətində iştirak edib. Bundan başqa, sanksiyalara akumulyator istehsalı ilə məşğul olan Honq-Konq şirkəti BX Energy və müstəqil ticarət şirkəti Nord Axis Ltd də düşüb. Bu şirkətlər də Rusiya karbohidrogenlərinin ticarəti ilə məşğul olublar. Sanksiyalar həmçinin Norveçin Romarine AS şirkətinə də tətbiq edilib: firma gəmilərə xidmət göstərib.

Lakin bu 5 nəfərlik siyahıda aydın şəkildə bir altıncı şəxs çatmırdı: söhbət Bellatrix Energy şirkətinin sahibi olduğu iddia edilən Bilal Əliyevdən gedir. Amma azərbaycanlı jurnalistlər Əliyevin izinə nə Bakıda, nə Moskvada, nə də Dubayda rast gəliblər.

Məlum olub ki, o, bir növ “fantom”, yəni bəlkə də Tahir Qarayevin özü tərəfindən “yaradılmış” fiqurdur. Üzə çıxıb ki, Bellatrix Energy şirkəti Rusiya banklarından iki böyük kredit alıb, onlardan biri də İqor Seçinin rəhbərlik etdiyi “Rosneft” neft şirkətinə məxsus bankdır.

İqor Seçin

2023-cü ilin iyun ayının ortalarından etibarən Bellatrix tərəfindən icarəyə götürülmüş gəmilər Rusiya limanlarına 150 dəfədən çox  daxil olub. Şirkət Rusiyanın dövlət neft şirkətlərinə məxsus on milyonlarla ton neft və digər neft məhsulları ilə ticarət edib. ImportGenius saytındakı bəyannamələrə əsasən, Bellatrix şirkəti “Rosneft”, “Surgutneftegaz”, “Russneft” və digər şirkətlərin nefti və neft məhsullarını satıb.

“Qara işarələr” və 2024-cü ilin fevral hadisələri

Burada 2024-cü ilin fevralını xatırlamaq lazımdır.

Həmin vaxt Moskvada, Altufoyevsk şossesində Tahir Qarayevin Coral Energy şirkətində axtarış aparıldı. Polis bir neçə ofis əməkdaşını saxladı. Məlum oldu ki, həmin anda Qarayev Moskvada idi, lakin o, qardaşı ilə birlikdə qaçmağa macal tapdı.

Qeyd etmək lazımdır ki, Qarayevin qəfil “yoxa çıxması” ilə bağlı qalmaqallar daha əvvəl də olmuşdu. Bir müddət əvvəl o, təcili şəkildə İstanbuldan da qaçmalı olmuşdu, çünki istintaq orqanları Coral Energy ilə Türkiyənin CYE Petrol şirkəti arasında bağlanmış müqaviləni çox ciddi şəkildə araşdırmağa başlamışdı.

CYE Petrol qalmaqalı — 20 milyon dollarlıq bank zəmanəti

CYE Petrol ticarət gəmiləri üçün yanacaq tədarükü ilə məşğul olurdu. Coral Energy ilə müqavilə bağlanmışdı və şirkətin hesabına bank zəmanətinin təminatı üçün 20 milyon dollar köçürülmüşdü.

Müqaviləyə əsasən, bu vəsait 12 ay ərzində hesaba toxunulmadan qalmalı idi. Lakin Qarayevin şirkəti pulu cəmi 8 gün sonra çıxarmağa başladı.

Bu fakt üzə çıxanda Qarayev bildirdi ki, bu, “mənasız səhvdir”. Problemi birtəhər yoluna qoymaq mümkün oldu, amma hadisə CYE Petrol-un reputasiyasına ciddi zərər vurdu. Şirkət məhkəməyə müraciət edərək Coral Energy-dən tədarüklərin təmin edilməsini tələb etdi. CYE Petrol hesabladı ki, Qarayevin şirkətinin hərəkətləri 40 milyon dollarlıq ziyan vurub.

Elə buna görə də işlə prokurorluq məşğul olmağa başladı və Qarayev Türkiyəni yan keçirməyə məcbur oldu.

Sonradan İstanbul prokurorluğu Tahir Qarayevin həbsinə order verdi.

“Alpen Enerji” MMC: çoxlu topdan satış

Bakıda doğulmuş Tahir Qarayev internetdə özü haqqında bütün məlumatları o qədər diqqətlə silib ki, onun keçmişi barədə fikir yürütmək yalnız açıq mənbələrdə hələ də tapılan bir neçə sənədə əsasən mümkündür.

Məlum olur ki, hələ 2007-ci ildə Qarayev Moskvada yaradılmış və iyun 2017-ci ildə ləğv edilmiş “Alpen Enerji” MMC-nin təsisçisi olub.

O, uzun illər ərzində bərk, maye və qaz şəklində olan yanacağın topdan ticarəti ilə məşğul olub. Onun ofisi isə İkinci Roşçinskaya küçəsi, 4 ünvanında yerləşirdi.

Bu gün 2River bir sıra neft və neft məhsullarının, o cümlədən təbii qaz, etanol, mazut, bitum, orta distillyatlar və liqroinin ticarəti ilə məşğuldur.

Xatırladaq ki, Tahir Qarayev 2Rivers şirkətini hələ 2010-cu ildə yaratmışdı, lakin o zaman şirkət əsasən Azərbaycan bazarında fəaliyyət göstərirdi.

Sonradan isə 2Rivers ən böyük treyderlərdən birinə çevrildi.

Tahir Qarayevdən başqa, bu biznesdə başqa bir müəmmalı şəxs də var — Azərbaycan vətəndaşı Etibar Əyyub. Məhz onun 2Rivers ilə İqor Seçin arasında əsas əlaqələndirici şəxs olduğu bildirilir.

Qeyd edək ki, 2023-cü ilin sonuna qədər Qarayev 2Rivers (Coral Energy) şirkətinin 100% səhmlərinin sahibi idi. Bu mülkiyyət mürəkkəb korporativ struktur vasitəsilə həyata keçirilirdi: Qarayevə BƏƏ-də qeydiyyatda olan Novus Middle East DMCC şirkətinin 100%-i, ona isə Vetus Investments Limited (yenə BƏƏ) tam şəkildə məxsus idi.

Vetus Investments isə Coral Energy şirkətinin 100%-nə nəzarət edirdi.

2Rivers bütöv bir şirkətlər şəbəkəsi vasitəsilə fəaliyyət göstərir: bu şəbəkəyə BƏƏ-dəki DMCC azad iqtisadi zonasındа yaradılmış onlarla ticarət şirkəti, həmçinin gəmilərin idarə olunması və istismarı ilə məşğul olan şirkətlər daxildir.

2022-ci ilə qədər 2Rivers (Coral Energy) Cenevrədə yerləşirdi.

Cenevrə

2022-ci ilin fevralından sonra 2Rivers öz qərargahını Dubaya köçürdü. Bu gün şirkətin Sinqapurda da, Cenevrədə də ofisləri fəaliyyət göstərir.

2024-cü ilin yanvarında “The Wall Street Journal” yazırdı ki, Coral Energy müxtəlif örtük (podstavnoy) şirkətləri vasitəsilə, o cümlədən Gatik Ship Management, Gaurik Ship Management və Buena Vista Shipping, 100-dən az olmayan gəmini nəzarətdə saxlayır.

Bu gəmilərdən 5-i Böyük Britaniya və Avropa İttifaqının sanksiyalarına düşüb.

Bundan əlavə, Qarayev Novus Middle East DMCC şirkətinin 60% səhmini Pura Vida Holding Limited şirkətinə ötürüb. Bu şirkət 2Rivers-in hazırkı rəhbərliyi tərəfindən idarə olunur — söhbət aşağıdakılardan gedir:

  • Tələt Səfərov (45%)
  • Əhməd Kərimov (35%)
  • Anar Mədətli (20%)

2024-cü ilin yanvarında baş direktor Tələt Səfərov, maliyyə direktoru Əhməd Kərimov və baş direktor Anar Mədatlı Qarayevin səhmlərinin alınmasını tam şəkildə başa çatdırdılar.

Lakin kağız üzərində şirkətə sahib olmasa da, Qarayev 2Rivers üzərində nəzarəti davam etdirir.

Qeyd edək ki, Anar Mədətli Tahir Qarayevin qaynıdır.

“Tezey” tankerinin macəraları

Hazırda 2Rivers şirkətlər qrupuna Bellatrix Energy də daxildir.

Coral Energy ilə eyni direktorları bölüşən başqa bir şirkət isə Nord Axisdir: o, Honq-Konqda fəaliyyət göstərir.

Bu şirkət 2022-ci il fevralın 15-də yaradılıb.

Hərçənd Qarayev özü Coral Energy ilə Nord Axis arasında hər hansı bir əlaqənin olduğunu inkar edir, lakin Nord Axis-in sənədləri göstərir ki, 2022-ci ilin may ayında Nord Axis-in yeganə sahibi Ədalət Kazımlı olub. Maraqlıdır ki, Kazımlı eyni zamanda Coral Energy Turkey şirkətinin rəsmi nümayəndəsi kimi də qeydiyyatdan keçmişdi.

2023-cü ildə Nord Axis-i Etibar Eyyub idarə edirdi və o, əvvəllər Coral Energy-də çalışmışdı.

Bundan əlavə, 2022-ci ildə Trafigura “Vostok” neft layihəsindəki 10%-lik payını Etibar Eyyuba və onun şirkəti olan Nord Axis-ə satmışdı.

“Tezey” tankerinin hekayəsi

Rusiya neftini Qanaya daşıyan tankerlərdən biri ilə bağlı hadisə ayrıca qeyd olunmalıdır.

Bu qaranlıq hekayəyə Bellatrix Energy də bağlı idi, çünki məhz həmin şirkət gəmini icarəyə götürmüşdü.

Söhbət “Tezey” adlı tankerdən gedir. Gəmi Sent-Kits və Nevis bayrağı altında Qanaya gedirdi və sənədlərlə bağlı problemlərə görə Tema limanında saxlanılmışdı.

Tema limanı, Qana

Əslində tanker, Gatik Ship Management şirkətinə məxsus idi və nefti Tema limanının anbarlarına boşaltmalı idi.

Amma əslində “Tezey” tankerindəki neft Platon Oil and Gas şirkətinə satılmışdı. Bu şirkət Qanada neft emalı zavoduna sahibdir.

KİV-lərin gördüyü rəsmi sənədlərdə qeyd olunurdu ki, gəminin icarədarı məhz Bellatrix şirkəti olub və yüklənmə limanı heç də Novorossiysk deyil, Aktau (Qazaxıstan) göstərilib.

Lakin Aktau limanı “Tezey” kimi böyük tanker tipli gəmiləri qəbul edə bilmir. Üstəlik, Volqa-Don kanalı sistemindən keçmədən bu tanker necə olub ki, Xəzər dənizindən Atlantik okeanının qərb hissəsinə çıxa bilib? Və yenə də Bellatrix şirkətinin sahibi hesab edilən Bilal Əliyev barədə heç bir məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar