Altı partiya YAP-a qoşuldu
05 mart 2021 14:20 (UTC +04:00)

Altı partiya YAP-a qoşuldu

Azərbaycanda altı siyasi partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

APA-nın məlumatına görə, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müraciət etmişdi.

YAP-ın bu gün keçirilən VII qurultayında partiyaların müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib.

# 1656
avatar

Oxşar yazılar