Ağdamda partlayış:  Hərbi qulluqçumuz həlak oldu
04 fevral 2021 20:47 (UTC +04:00)

Ağdamda partlayış: Hərbi qulluqçumuz həlak oldu

Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib. Hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

APA xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

"Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlumüxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!" - məlumatda belə deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3882
avatar

Oxşar yazılar