Türkiyə XİN-dən düşmənin Naxçıvana raket zərbəsi endirməsi ilə bağlı BƏYANAT
16 oktyabr 2020 18:21 (UTC +04:00)

Türkiyə XİN-dən düşmənin Naxçıvana raket zərbəsi endirməsi ilə bağlı BƏYANAT

Ermənistan silahlı qüvvələrinin işğal altındakı Qubadlı rayonundan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirməsini şiddətlə qınayırıq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

“İşğal etdiyi torpaqlarda üzləşdiyi məğlubiyyətlərə görə Ermənistan təcavüzkarlığını hər ötən gün daha da artırır. Həmsərhəd olduğumuz Naxçıvan Muxtar Respublikasına hücum münaqişəni Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından kənara çıxarmaq cəhdlərinin yeni və təhlükəli bir nümunəsidir. Ermənistan bu təhlükəli təxribatlardan vaz keçməlidir. Humanitar atəşkəsi pozan Ermənistan mülki əhaliyə qarşı müharibə cinayəti törədir. Ermənistan indi də münaqişənin coğrafi miqyasını genişləndirməyə cəhd etməkdədir. Ermənistan bu təcavüzkar əməllərinin nəticələrini yaxşı hesablamalıdır. Can Azərbaycanla və azərbaycanlı qardaşlarımızla həmrəyliyimiz hər zaman tam olacaq”, - deyə bəyanatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622
avatar

Oxşar yazılar