Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüş başladı
30 oktyabr 2020 14:44 (UTC +04:00)

Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüş başladı

Bu gün Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş keçirilir.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan "Twitter"də bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşü başlayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

Həmsədrlər və A. Kaspşik Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 808
avatar

Oxşar yazılar