Azərbaycan Ordusu daha bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.
Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirib:
Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri;
Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri;
Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çay Tumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.