Marneulidə Gəncə terrorunun qurbanları yad edilib - FOTO
23 oktyabr 2020 10:10 (UTC +04:00)

Marneulidə Gəncə terrorunun qurbanları yad edilib - FOTO

Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü ilə Gəncə terrorunda həlak olanların anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, mərasimdə gənclər və GAİM-in müəllim-şagird heyəti iştirak ediblər. GAİM qarşısında yaradılan Gəncə guşəsində Ermənistanın törətdiyi vandalizm aktları zamanı həlak olan və yaralanan uşaqların şəkilləri, "Ermənistanın təcavüzünə son qoyulsun!", "Ermənistan terroruna son!", “Gəncə üçün dua et!", “Uşaq ölümünə son qoyun” və s. şüarlar nümayiş etdirilib, güllər düzülüb, şamlar yandırılıb.

Tədbirdə GAİM-in icraçı direktoru Rafiq Hümmət və gənclər üzrə koordinator Atif Abbasov çıxış ediblər. Onlar bildiriblər ki, 11 oktyabr və 17 oktyabr tarixlərində işğalçı Ermənistan ordusunun humanitar atəşkəs rejimini kobudcasına pozaraq cəbhə bölgəsindən uzaq olan Gəncədə yaşayış binalarını raket atəşinə tutması düşmən ölkənin faşist və təcavüzkar mahiyyətinin təzahürüdür. 24 dinc sakinin, o cümlədən qadınların və uşaqların həlak olması, 90 nəfərin yaralanması ilə nəticələnən terror aktları beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya ictimaiyyəti, eləcə də Gürcüstan cəmiyyəti tərəfindən kəskin şəkildə pislənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar