İsa Qəmbər: “Atamın kəndi işğaldan azad olundu”
20 oktyabr 2020 17:18 (UTC +04:00)

İsa Qəmbər: “Atamın kəndi işğaldan azad olundu”

“Bu gün atamın kəndi də işğaldan azad olundu. Təbii ki, bu, bizim üçün, ailəmiz, qohum-qardaş üçün önəmli hadisədir”.

Bu sözləri Lent.az-a açıqlamasında Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri, əslən Füzuli rayonunun Kürdlər kəndindən olan İsa Qəmbər deyib.

O, bildirib ki, Azərbaycanın hər qarış torpağı müqəddəsdir:

“27 sentyabr - hərbi əməliyyatların başlamasından sonra hər gün torpaqların azad edilməsi ilə bağlı xoş xəbərlər eşidirik. Ən vacib yerlər işğaldan azad edilir. Dünən Xudafərin körpüsünə bayrağımızın sancılması, bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsi ilə biz artıq Azərbaycanla İran arasındakı sərhədə sahib çıxırıq. Bu, sərhədin ermənilərin əli ilə Rusiyanın nəzarətində olmasına son deməkdir.

İnanıram ki, proses davam edəcək və əminəm ki, hamımız ən böyük sevinci Şuşanın azad olunduğu gün yaşayacağıq”.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Vəng, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1357
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar