Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur.
Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, humanitar atəşkəs rejimini kobudcasına pozmağa davam edən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisini artilleriya atəşinə tutur.