"Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub".
Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub:
"Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.
Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək".