“Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov deyib.
A. Eyvazov qeyd edib ki, Ermənistan Bərdə, Tərtər və Goranboy rayonlarını raket və artilleriya atəşinə tutmaqla yeni cinayətlər törədib: “Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri məhv edir. Qələbə bizimlədir!”.