Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.
"Əksinə, oktyabrın 27-də saat 9:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur".