Dünyanın müxtəlif kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini raket atəşinə tutması nəticəsində baş verən terror hadisələrinə diqqəti cəlb edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Monteneqro, Serbiya, Bosniya və Hersoqovina mediasında dərc olunan məlumatlarda bildirilib ki, Ermənistan tərəfinin Vaşinqtonda əldə edilən humanitar atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycanın Bərdə şəhərini "Smerç" raket sistemi ilə vurması dinc sakinlər arasında ciddi tələfatlara səbəb olub.
"Münaqişə zonasından kənarda yerləşən və heç bir hərbi obyekt olmayan Bərdənin, eləcə də digər yaşayış məntəqələrinin atəşə tutulması Ermənistanın terrorçu mahiyyətini bir daha üzə çıxarır. Ermənistanın silahlı qüvvələrinin Bərdə şəhərindəki dinc sakiləri bilərəkdən qətlə yetiməsi soyqırımı aktı, hərbi və insanlığa zidd cinayətdir", - deyə vurğulanıb.
Bu barədə daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
- http://www.tanjug.rs/full-view.aspx?izb=600746&fbclid=IwAR1h4oh0_OySjGv8aM-YHIsDWNfx5BNwujjCfC7xJwP-dPS14TyNYB7WpPE
- https://www.pobjeda.me/clanak/mvp-azerbejdzana-u-jermenskom-granatiranju-bardua-poginuo-21-civil?fbclid=IwAR0RjBMoCIwBBb0y3r68_1XXKhvO-VyHpVTxE3YnUF7EDjk-e2bNoVh-qHA
- https://www.pobjeda.me/clanak/mvp-azerbejdzana-u-jermenskom-granatiranju-bardua-poginuo-21-civil?fbclid=IwAR2hYiDASV2P1MH4frjgcH6DwDEnZf5qfuMtOqx1_XZ6vgT32f7JCtUjjsg
- http://crnogorskiportal.me/sadrzaj/2648?fbclid=IwAR2HGSPdMcyR821ZVBT0-DnUN0zmd38kGTfRlpXb-C6ISvQXKzXcnk_LoiE
- https://m.cdm.me/svijet/planeta/jermenija-granatirala-grad-bardu-ubijeni-civili-ukljucujuci-i-djecu/?fbclid=IwAR2DlrNZ-e_xZyKtfuLGmfhQHaDzyiBPCoD4Et-zrxnp5U78PgGyJ2FodFw
- https://m.cdm.me/svijet/planeta/jermenija-granatirala-grad-bardu-ubijeni-civili-ukljucujuci-i-djecu/?fbclid=IwAR2DlrNZ-e_xZyKtfuLGmfhQHaDzyiBPCoD4Et-zrxnp5U78PgGyJ2FodFw
- http://www.bosnjaci.net/prilog.php?rid=1&pid=71300&fbclid=IwAR2jb9v9BxpFWe2CEkhWS-iW3_oxcL5faqR1mYP4Vzhi0fNFVOvnWMNqUkY