Ukraynada fəaliyyət göstərən soydaşlarımızın təşəbbüsü ilə Diaspor marşı yazılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, layihənin rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadovdur. O bildirib ki, marşın ərsəyə gətirilməsində məqsəd dünya azərbaycanlılarını Qarabağ uğrunda birliyə və həmrəyliyə səsləməkdir. Həmçinin bu məqsədlə klipin çəkilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, marşın sözləri Hikmət Cavadova və Arif Buzovnalıya, musiqisi bəstəkar, Azərbaycanın Xalq artisti Aygün Səmədzadəyə məxsusdur.