AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanovun “Whatshapp” danışığı qalmaqala səbəb olub.
Lent.az xəbər verir ki, B.İmanov adı çəkilən sosial şəbəkədə partiyanın Gənclər Komitəsinin sədri Emil Səlimovun işləmədiyini, vəziyyətin xaotik olduğunu səsləndirib. Bundan əlavə, o, partiya daxilindəki qruplaşmadan danışaraq, bir neçə üzvün adlarını çəkib. Rəyasət Heyətinin üzvü danışdığı adama tövsiyə edib ki, həmin Emilin işləməməsi barədə Əli Kərimlini “fitvala”sın.
B.İmanov həmçinin Seymur Həzi və Fuad Qəhrəmanlını da təhqir edərək, onların hamısının “yaralı yerlər”i olduğunu dilə gətirib. Belə ki, o, danışıq zamanı “Mənim adım olandan sonra hamısı qələt edir, zibil işləri var, xəbərdaram” ifadəsini səsləndirib. Partiya təmsilçisi danışıq zamanı "17 nəfərik, 180 profilimiz var" fikirlərini də qeyd edib.
Bütün bunlardan savayı, B.İmanov Whatshapp” əlaqəsində olduğu adama hətta pul yığmaq üsulunu da tövsiyə edib: “Sənə qardaşın bir şey öyrətsin də, pul yığmaq istəyəndə Əlizaminin ailəsinə dəyməyə gedilir, bazarlıq olunacaq deyin, o adla istəyin ki versinlər”.