Rusiya prezidenti Vladimir Putin ad gününü oktyabrın 7-də iş yerində keçirəcək.
Lent.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
O qeyd edib ki, həmin gün dövlət başçısı üçün bir sıra tədbirlər nəzərdə tutulub. Putin 70 yaşını oktyabrın 7-də qeyd edəcək.
"Putin ad gününü iş yerində keçirəcək, iş tədbirləri planlaşdırılır", - Peskov bildirib.