Prezident Aparatından “Kür” restoranına - HEKAYƏT
0
0
19 il əvvəl Bakını tərk edib Moskvaya getmişdi. Düz 19 il 3 ay əvvəl. Azərbaycanın ilk prezidenti kimi Bakını tərk edəndən sonra Moskvada fond yaratmışdı. “Ayaz Mütəllibov Fondu”. Əslində bu fondu Kreml rəsmiləri yaratmışdı onun üçün. Heç özü də bilmirdi nə işlə məşğul olurdu. Yəni adıgedən fondun hansısa xeyriyyə, ya sosial fondlarla bağlı bir layihəsi də yox idi. Sadəcə, rəsmi Kreml Ayaz müəllim üçün Moskva boyda şəhərin düz mərkəzində bir ofis kirayələmişdi. Bura hansı yuvanın quşu oldu gəlirdilər. Hətta Teylor Fətişoğlu kimi xüsusi imicli biri belə bu fondda mətbuat xidmətinin görəvlisi idi. Bu yerdə Mütəllibovu başa düşmək mümkün deyildi…
Amma zaman hələ 90-ların əvvəlləri idi. Və Rusiyada bir Mütəllibov faktoru vardı. O, Azərbaycana qayıdası bir lider-kozır idi rəsmi Kreml üçün.
Amma zaman öz işini gördü. Və o da məlum oldu ki, Ayaz Niyazi oğlu daha Kreml üçün lazımlı deyil. Daha doğrusu, ona ehtiyac yoxdu. Onda…
Onda Ayaz müəllim Moskva metropoliteninin «Kantemirovskaya» stansiyasının yaxınlığındakı kiçik bir restoranın bir otağını “ofis” eləməli oldu. Mən eks-prezidentin niyə ora sığındığının canlı şahidiyəm. Bu məqamı bir azdan sizlərə izah edəcəm.
Amma indilikdə kiçik arayış
Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938–ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962–ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunur.
1974-cü ildə isə "Bakelektromaş" istehsalat birliyinin müdiri təyin olunur. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilir. 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunur. 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri, eyni zamanda nazirlər şurasının sədr müavini vəzifələrini tutur.
1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990–cı ilin may ayında Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan prezidenti seçilib.
1990–cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub.
1991–ci il sentyabrın 8-də Azərbaycanın prezidenti seçilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar. Bu faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir. Nəticədə 1992-ci il martın 6-da istefa verir.
Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiyanın rəyinə əsasən Ali Sovet Ayaz Mütəllibovla bağlı qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Lakin müxalif cəbhədə duran Xalq Cəbhəsi Ayaz Mütəllibovun yenidən istefası barədə sənədi imzalamasına nail olur və o, ölkəni tərk edir. O vaxtdan etibarən Moskvada yaşayır. Hazırda Azərbaycan Sosial Demokrat Partiyasının həmsədridir.
Onun barəsində cinayət işləri qaldırılıb. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edir.
****
«Ümid edirəm ki, eks-prezidentlər haqqında qanun qüvvəyə minəcək və mən vətənə qayıda biləcəyəm » …
«…Maddi çətinliyimiz çoxdur. Mən sovet məmuru olmuşam və həmişə təmizliyimi gözləmişəm. Uşaqlarım həddi-buluğa çatsa da işləmirlər. İstəyərdim ki, bu qanun layihəsində Elçibəyin ailəsinə də, mənim ailəmə də maddi köməkliklər nəzərdə tutulsun. Amma elə bilirlər ki, mən qayıtsam yenə siyasətlə məşğul olacağam. Buna siyasi don geyindirmək istəyirlər. Mən bundan sonra, bu yaşımda küçə hərəkatına qoşulan adama oxşayıram?»…
Mərkəzdən «Kür»ə
Bu müraciət isə çox sonralar olacaqdı. Hələ ki Moskvanın mərkəzindəki fond binası Mütəllibovun əlindən alınmışdı. Və o, Moskvanın Kantemirovskaya küçəsi 14 ünvanına sığınmışdı. Bu ünvanda əslən Zərdabdan olan Mehman Nuriyevin «Kür» restoranı fəaliyyət göstərirdi. Həmin restoranda isə Ayaz müəllimə kiçik bir otaq ayrılmışdı. Dəbdəbəli ofisdən sonra bu otaq ona darlıq etsə də, özgə əlacı da yox idi.
Həm Rusiyada, həm də Azərbaycandan olan müxbirlərin zənginə ilkin olaraq o, cavab vermirdi. Moskva nömrəsini ilkin olaraq katibə qız qaldırırdı: Restoran «Kura». Məhz həmin katibə Olyanın cavabından sonra zəngin o başından Ayaz müəllim cavab verirdi.
Və bu proses artıq 12 ildir ki, belə idi. Ayaz müəllim öz fondu ilə vidalaşandan sonra...
Əslində əvvəllər adıgedən Fonda onun necə deyərlər görəvi də məlum deyildi. Başına yığışanların çoxu fürsətçilər idi. Müsahibələrinin birində özü belə etiraf etmişdi ki, kiməsə Moskvada ev almaq üçün neçə min dollar verib və həmin adam ona “atıb”. Düzdür, onun ürəyi yumşaqlığından, haradasa sadəlövhlüyündən istifadə edənlər vardı.
Mən şəxsən onlarla belə adam tanıyıram. Biri hazırda dələduzluq üstə Azərbaycanda həbsdədir belə. Amma Ayaz müəllimlə bağlı bir kuryoz hadisəni unuda bilmirəm. Elə adını çəkdiyimiz həmin restorandan çıxıb evinə gedən eks-prezidentin maşınını yol milisi saxlayır. Ondan və sürücüdən sənədlərini istəyir. Ayaz müəllimin üstündəki sənəd təbii ki, köhnə sovet pasportu olur. Milis köhnə pasporta baxıb Mütəllibovdan maşından düşməsini tələb edir. Ayaz müəllim qəti etiraz edir:
- Mən, Azərbaycanın ilk prezidentiyəm.
Milis serjantı bir maşına, bir eks-prezidentə baxıb dillənir:
- Onda mən də Roma papasıyam, düşün getməliyik.
Yaxşı ki köməyə elə restoran sahibi Mehman Nuriyev gəlir və hər şey xoşluqla bitir.
***
Ayaz müəllimin Moskvanın «Günəşlisi»ndə Julyebino deyilən yerdə üç otaqlı evi vardı. Bu evi ona Moskvadakı azərbaycanlı iş adamlarından biri bağışlamışdı. Amma kim nə deyirsə, desin onun Moskvada bir sentlik də olsun biznesi yox idi. O, «Kür»ə sığınmışdı və onun bütün zəruri xərclərini də illər boyudu ki, Mehman Nuriyev ödəyirdi. Nə siyasət adamı idi Mehman, nə də ki hansısa iddiası olan birisi. Elə Mütəllibovu da necə deyərlər öz istəyi ilə hifz edirdi.
***
Srağagün Mütəllibovu Bakıya yola salanlar arasında Mehman da vardı yəqin. Və Mehman indi bilmir ki, Ayaz müəllim geri Moskvaya qayıdacaq, ya yox. Amma Azərbaycan hökuməti Ayaz müəllimin bu ağır günündə onun gəlişinə mane olmadı. Moskvadakı dostlarımdan bir deyir ki, oğlu Azadın ölüm xəbəri ona çatanda…onun ümummilli pasportu belə yox imiş. Bircə, bəli məhz bir neçə saata onun pasportunu belə düzəldib Moskvaya göndəriblər ki, Rusiyanı tərk etmək üçün təyyarəyə minə bilsin.
Mindi…və indi Bakıdadır. Geri necə, qayıdacaqmı? Bax, bu da maraqlı məqamdı. Yenidən «Kür»ə, yoxsa?..
Son söz əvəzi
«Təəssüflər olsun ki, vəzifədən gedən insanları axtarmaq, onlarla əlaqə saxlamaq, ümumiyyətlə, azərbaycanlılara xas olan xüsusiyyət deyil. Çox əfsuslar olsun ki, belədir. Ona görə də nə deyə bilərəm?..
Nadir hallarda olur ki, kimsə zəng edir. Bu da sistemli deyil, təsadüfü olur. Ancaq bütövlükdə deyə bilərəm ki, vaxtilə mənimlə işləyənlər, vəzifəyə təyin etdiyim insanlar vəzifələrini itirərkən hər şeyi də itiriblər. Mənim heç kimlə əlaqəm yoxdur. Hətta bir müddət adımı çəkmək qorxusu vardı. Ona görə də kimsə cürət edib mənimlə telefonla danışa bilməzdi. Nə deyim, vəziyyət belədir.
Mənim yadımdadır, mərhum prezident Heydər Əliyev Moskvada istefa verəndən sonra şikayətlənirdi ki, neçə il işləmişəm, amma özümə qarşı belə münasibəti heç təsəvvür də etməmişəm. İndi belədi, bunun yaxşısı da, pisi də mənim həyatımdır. Təəssüf keçirməyin mənası da yoxdur. Həyatı yaşanan kimi qəbul etmək lazımdır. Mən həmişə bütün millətimizə, tanışına da, tanış olmayana da, bütövlükdə insanlara xoş arzular diləmişəm. Narazılıqla, giley-güzarla və bu kimi hərəkətlərlə mənim aram olmayıb, buna yol də verməmişəm.
Bəli, rəqiblərim, düşmənlərim də az olmayıb. Mənə, taleyimə, ailəmə qarşı pis mənada hərəkət edənlər də olub. Bunların da səbəbkarları var. Mən dindar olmasam da, el ənənəsi var, onları Allaha tapşırmışam. Bu mənim işim deyil».
Bu da onun müsahibələrinin birindəndir…
Səbuhi Məmmədli