
Almaniyadakı konsulluğun 1 yaşı qeyd olunub
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, tədbir Baden-Vürtemberg əyalətinin rəhbərliyi, bir sıra şirkət nümayəndəsi, Almaniyada yaşayan bir qrup Azərbaycan vətəndaşı və tələbənin iştirakı ilə keçirilib.
Tədbiri fəxri konsul, cənab Otto Hauser giriş sözü ilə açdıqdan sonra tədbir iştirakçılarına Azərbaycan və Almaniya arasındakı tarixi-mədəni əlaqələr, bu əlaqələrin müasir vəziyyəti və zəruriliyi haqqında məlumat verib. Konsul öz çıxışında onu da qeyd edib ki, bu tarixi əlaqələrin məntiqi nəticəsi olaraq bir ildir, Ştuttqartda Azərbaycanın fəxri konsulluğu açılıb və əsas məqsəd də iki xalq arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət etməkdən ibarətdir.
Daha sonra Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger və Münhen Helmholtz İnstitutunda çalışan azərbaycanlı professor Məsud Əfəndiyev öz təbriklərini tədbir iştirakçılarına çatdırıb. Rəsmi hissədən sonra tədbir masa arxasında qonaqlar arasındakı fikir mübadiləsi ilə davam etdirilib.
Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29