Mexikoda Meksika-Azərbaycan Dostluq Parkı salınacaq
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Mexiko şəhəri hökumətinin başçısı (meri) Marselo Ebrard ilə görüşüb.
Azərbaycanın Meksikadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, meriya binasında keçirilən görüşdə Mexiko şəhərində Meksika-Azərbaycan Dostluq Parkının salınması müzakirə olunub.
Parkın salınmasında ilə əlaqədar Mexiko şəhər hökuməti tərəfindən verilən dəstəyə görə Marselo Ebrarda təşəkkürünü bildirən İlqar Muxtarov hər iki ölkənin gələcək mədəni və siyasi əlaqələrinin inkişaf etdirilməsi üçün bu layihənin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Tərəflər Mexiko şəhərində açılacaq Meksika-Azərbaycan Dostluq Parkının yekun planını birgə nəzərdən keçirib və “Qarşılıqlı Razılaşma haqqında” saziş imzalayıblar. Sazişin imzalanma mərasimində Mexiko şəhəri hökumətinin İnkişaf və Mənzil naziri Felipe Leal da iştirak edib.
İlqar Muxtarov Marselo Ebrardı Azərbaycana səfərə də dəvət edib. Mexiko meri Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib. O, iki ölkə arasında mədəni əlaqələrin genişləndiyini yüksək qiymətləndirərək, gələcəkdə daha geniş birgə layihələrin həyata keçirilməsi vacib sayıb.

546