Joao Suareş sentyabrda Azərbaycana gələcək
11 iyul 2011 12:21 (UTC +04:00)

Joao Suareş sentyabrda Azərbaycana gələcək

0
Bu barədə APA-ya Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Eldar İbrahimov məlumat verib.

E. İbrahimovun sözlərinə görə, bu barədə J. Suareş Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşündə bildirib.

«Suareşin bu vəzifəyə təyinatını Azərbaycan və Ermənistan heyətləri yüksək səviyyədə qarşıladı. Ona görə ki, o, ATƏT Parlament Assambleyasının prezidenti olub, Azərbaycana və Ermənistana səfər edib, regionu və prosesi yaxından bilir və ədalətli mövqeyə malikdir», - deyə E. İbrahimov vurğulayıb.

Qeyd edək ki, J. Suareş Avropa Parlamenti və ATƏT PA-nın üzvü olub, iki il ATƏT PA-nın prezidenti postunu tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 546

Oxşar yazılar