“Xankəndində tikilən aeroportda türk mallarından istifadə olunmur”
Türkiyənin Azərbaycandakı səfirliyi Xankəndində ermənilərin inşa etdiyi hava limanında Türkiyədə fəaliyyət göstərən “Demirci Makina Sanayi” Limited Şirkətinin istehsalı olan material və aparatlardan istifadə edildiyi barədə məlumatlara münasibət bildirib.
Səfirlikdən Lent.az bildirilib ki, Türkiyə tərəfindən Dağlıq Qarabağın Azərbaycan torpağı kimi tanınır, bu bölgəyə göndərilən mallar Azərbaycan gömrüklərinə istiqamətləndirilir. Həmçinin, ixrac sənədlərində çatdırılma yeri Ermənistan olaraq göstərilən mallara Türkiyədən ixrac üçün icazə verilmir.
Mətbuatda yayılan xəbərlərdən sonra Türkiyənin aidiyyəti orqanları “Demirci Makina Sanayi” Limited Şirkətinin 2009-2011-cu illərdə həyata keçirdiyi ixracatla bağlı araşdırma aparılıb. Nəticədə belə bir alqı-satqı əməliyyatının həyata keçirilmədiyi müəyyənləşdirilib.

500