Jurnalist təşkilatı erməniləri ifşa edir
06 iyun 2011 15:14 (UTC +04:00)

Jurnalist təşkilatı erməniləri ifşa edir

JAM sədri Seymur Verdizadənin Lent.az-a verdiyi məlumata görə, hazırda həmin sayt Azərbaycan və ingilis dillərində yayımlanır. Lakin yaxın gələcəkdə saytın rus, alman və fransız dillərində yeni versiyalarının yaradılmasına hazırlıq görülür: “JAM 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əsirlikdə və girovluqda olmuş azərbaycanlılarla insanlığa sığmayan davranış faktları barədə beynəlxalq aləmin məlumatlandırılması” adlı layihə həyata keçirib. Şuranın maliyyələşdirdiyi layihənin icrası 2010-cu ilin oktyabr – dekabr aylarını əhatə edib. Layihənin nəticəsi olaraq, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən azerihostage.com adlı sayt yaradılıb. Saytda vaxtilə erməni əsirliyində və girovluğunda olmuş azərbaycanlıların üzləşdiyi işgəncə faktları barədə ətraflı məlumatlar yerləşdirilib”.


S.Verdizadə əlavə edib ki, sözügedən layihənin icrası yekunlaşsa da, saytın fəaliyyəti davam etdirilir: “Layihənin məzmununa uyğun olaraq, aşkarlanan yeni faktlar sayta yerləşdirilir. Sayta maraq böyükdür. Dünyanın 42 ölkəsindən bu saytı ziyarət ediblər. Maraqlıdır ki, saytın ziyarətçiləri arasında Azərbaycandan sonra üstünlük ABŞ vətəndaşlarına məxsusdur. Saytın ümumi ziyarətçilərinin 1,5 faizini isə Ermənistan vətəndaşları təşkil edir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420

Oxşar yazılar