“Diffamasiyadan müdafiə haqqında” qanun layihəsi müzakirə olunub
APA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının rəhbərliyi, ATƏT-in Bakı ofisinin, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri, KİV rəhbərləri iştirak edib.
MŞ sədri Əflatun Amaşov layihənin şura tərəfindən ATƏT-in Bakı ofisinin hüquqi ekspertizası ilə hazırlandığını deyib. O, ATƏT-lə münasibətlərdən məmnunluq ifadə edərək ən müasir tələblərə cavab verən bir layihə hazırladıqlarını bildirib: “Məqsəd ondan ibarətdir ki, Azərbaycanda jurnalist yazısına görə həbs olunmasın”.
Ə. Amaşov qanun layihəsinin 5 fəsil və 16 maddədən ibarət olduğunu açıqlayıb.
ATƏT-in Bakı ofisinin şöbə müdiri Jaklin Karpenter MŞ ilə əməkdaşlıqdan razı qaldıqlarını ifadə edib: “Biz sənəd layihəsi ilə bağlı təkliflərimizi verdik. İstərdik ki, təkliflərimiz Azərbaycanda ictimai müzakirədən keçsin. Ümid edirik ki, bu layihə parlamentə təqdim olunduqdan sonra da ictimai müzakirələr davam edəcək”.
Hüquqşünas Ələsgər Məmmədli diffamasiya haqqında qanun layihəsinin hazırlanmasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, layihədə qabaqcıl demokratik ölkələrin qanunvericiliyində olan məqamlar əks olunub.
MŞ üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib ki, əvvəllər diffamasiya ilə bağlı qanunun əleyhinə idi, indi isə bu qanunun qəbulunun tərəfdarıdır: “Ölkədə son illərdə söz azadlığı sahəsində vəziyyət daha da yaxşılaşıb. İstənilən şəxs qəzet təsis edə bilər. Bir məqamı da deyim. On il əvvəl səhifələrində söyüş və təhqirlərə yol verən müxalifət qəzetləri indi bunu demək olar ki, etmirlər”.
APA-nın baş direktoru Vüsalə Mahirqızı isə çıxışında “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsinin qəbul olunmasına tərəfdar çıxdığını bəyan edib: “Əlbəttə, son sözü Milli Məclis deyəcək. Ancaq bu, ideal sənəd layihəsidir”.
Tədbirdə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Olaylar” İnformasiya Agentliyi və eyni adlı qəzetin rəhbəri Yunus Oğuz, “Yeni Azərbaycan” qəzetin baş redaktoru Hikmət Babaoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı və başqaları da fikirlərini söyləyiblər. Qərara alınıb ki, qanun layihəsinin müzakirələri davam etdirilsin və lazımi redaktələr, dəyişikliklər edilsin.

Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35