Strasburqda “Şəbəkələşmə və Azərbaycanı təmsil etmənin yeni yolları” adlı panel keçirilib
APA-nın Strasburq bürosunun xəbərinə görə, moderatoru Nicat Məmmədov olan “Şəbəkələşmə və Azərbaycanı təmsil etmənin yeni yolları” adlı paneldə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov məruzə ilə çıxış edib.
S. Seyidov qloballaşan dünyada informasiya texnologiyalarının inkişafından, şəbəkələşmə vasitələrindən danışıb. O bildirib ki, diaspora, xüsusilə xaricdə təhsil alan tələbələr, həmçinin media ölkəyə aid informasiyaların yayılmasında başlıca rol oynayır. S. Seyidov Azərbaycanın beynəlxalq imici ilə bağlı lobbiçilik fəaliyyətinin əhəmiyyətindən danışıb və bu istiqamətdə Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyətindən bəhs edib. Millət vəkili Azərbaycanın Avropa Şurasında gördüyü işlərdən, diplomatik korpusun fəaliyyətindən də danışıb. O, informasiya mübadiləsinin önəmini, müasir insanın xarici dil və öz sahəsi ilə yanaşı, informasiya texnologiyalarına yiyələnməsinin də mütləqliyini vurğulayıb.
Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sədri Tale Heydərov təşkilatın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, təşkilatın məqsədi Azərbaycanı Avropada tanıtmaqdı. T. Heydərov deyib ki, AAC-nın hazırda London, Brüssel və Berlində ofisləri fəaliyyət göstərir. AAC-nın sədri əsas fəaliyyətin bu ölkələrin qərarverici insanlarına Azərbaycanı tanıtmaq, Dağlıq Qarabağ problemi haqqında məlumat vermək olduğunu da bildirib.
Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniya parlamentindəki Azərbaycan qrupunun üzvləri ilə aktiv işlədiyini bildirən T. Heydərov onların Azərbaycana səfərinin təşkil edildiyini, ölkə həqiqətlərini öz gözləri ilə gördüklərini vurğulayıb.
T. Heydərov bildirib ki, hazırda əsas problemlərdən biri Avropa mediasında təmsil olunmaqdır. O deyib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün media ilə işin intensivləşməsinə ehtiyac var: “Biz Avropada fəaliyyət göstərən media ilə sıx işləməliyik”.
T. Heydərov AAC-nin kitablar çat etdirdiyini, jurnal nəşri barədə də məlumat verib.
APA-nın baş direktoru Vüsalə Mahirqızı isə yeni mediadan, Azərbaycan mediasının dünya mediası ilə əlaqələrindən danışıb. O bildirib ki, əsas problemlərdən biri beynəlxalq media ilə iş qurmaq, beynəlxalq mediada təmsilçilikdir: “ Azərbaycanın xaricə çıxışının əsas vasitəsi internet mediadır. Çünki yerli media yalnız Azərbaycan dilində fəaliyyət göstərir. Buna görə də biz internetdə fəaliyyət göstərən və xarici dillərdə yayılan media qurumlarına daha çox diqqət ayırmalıyıq”.
O deyib ki, Azərbaycanın sosial şəbəkələrdə təmsilçiyi çox önəmlidir.
V. Mahirqızı bildirib ki, Azərbaycanın beynəlxalq mediada təmsilçiliyinə ehtiyac var: “Çünki beynəlxalq media qurumları daha çox öz maraqlarına cavab verən məlumatlara önəm verirlər. Eyni zamanda digər ölkələrin mediası isə hansısa hadisə baş verəndə Azərbaycana diqqət ayırırlar. Bu da təbiidi. Biz də başqa ölkələrə eyni yanaşmanı nümayiş etdiririk. Məsələn, Liviya bizim üçün hansısa olaylar baş verəndə, Yaponiya təbii fəlakət olanda maraqlıdır. Bizdə də Neft Akademiyasında olay baş verəndə bu dünya mediası üçün maraqlıdır. Amma biz elə eləməliyik ki, dünya mediası bizim marağımızda olan məsələlərə də yer ayırsın”.
Ölkədə beynəlxalq media qurumunun yaranmasının dövlətin dünya siyasətindəki yeri ilə bağlı olduğunu deyən baş direktor Azərbaycanın beynəlxalq mediada təmsilçilik əldə etməsinin daha əhəmiyyətli olduğunu bildirib: “Bu məsələdə isə xaricdə təhsil alan tələbələrimizin rolu danılmazdı. Sizin həmin media qurumlarında staj keçmək, orda qalıb fəaliyyətinizi davam etdirmək imkanınız var”.
Mərkəzi Bankın ictimai əlaqələr direktoru Rüfət Abbasov isə ölkənin piarının qurulmasında sosial şəbəkələrin rolundan danışıb. O da Azərbaycanın beynəlxalq media ilə işləməsində problemlər olduğunu, bu problemlərin həm də xarici dilləri mükəmməl bilən peşəkar jurnalistlərin azlığından qaynaqlandığını deyib.
R. Abbasov bildirib ki, sosial şəbəkələr piarın daha effektli və az vəsait xərcləyərək qurulmasına imkan yaranır: “Artıq medianı belə gözləmədən vətəndaş olaraq böyük sosial şəbəkələrə çıxmaq, böyük auditoriya əldə etmək imkanımız var. Facebook, Tvitter kimi sosial şəbəkələrdə müəyyən fan səhifələr, portallar yaratmaqla ölkəmizi təbliğ edə, müəyyən aksiyalar həyata keçirə bilərik”.
ASAİF-in həmtəsisçisi Rüfət Əzizov isə təmsil etdiyi qurumun media ilə işindən danışıb. O bildirib ki, mediaya daha çox peşəkar məlumatların verilməsinə çalışırlar. R. Əzizov ASAİF-in sosial şəbəkələrdəki fəaliyyəti barədə də məlumat verib.
Panel müzakirələrlə davam edib.

512