AMEA-da Obamanın elçisi ilə görüş keçirilib
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimai diplomatiya üzrə nümayəndəsi Brent Mayer, “İctimai əlaqələr” şöbəsinin müdiri Terri Devidson, iqtisadi məsələlər üzrə müşavir Olqa Romanova, Mərkəzi və Şərqi Avropa, Rusiya Elm və Texnologiya Kooperasiyasının nümayəndəsi Elizabet Dauqart və AMEA Rəyasət Heyətinin “Xarici əlaqələr” şöbəsinin rəhbəri Ədalət Həsənov iştirak ediblər.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın 2009-cu il 4 iyun tarixində Misirin paytaxtı Qahirədə “Yeni başlanğıclar” mövzusunda məruzəsi əsasında ABŞ-ın “Elm məsələləri üzrə elçi proqramı” təsis edilib. Proqram elm və texnologiyalar sahəsində ABŞ-ın dünya ölkələri ilə əməkdaşlıq niyyətini, dünyada həyat səviyyəsinin yaxşılaşdırılması üçün ABŞ və digər xalqların qarşılıqlı marağını özündə əks etdirir. Proqram həmçinin elm və texnologiyalar sahəsində tanınmış amerikalı alimlərin təcrübə və bilik mübadiləsinə cəlb edilməsi, ABŞ və digər ölkələr arasında elm və texnologiyaların davamlı innovativ inkişafı üçün əməkdaşlıq əlaqələrinin qurulmasında körpü rolunu oynayır.
Proqramın əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2010-cu ildə Elm məsələləri üzrə yeni elçilər (Rita Kolvell – Merilənd Universitetinin fəxri professoru, Gebisa Eceta – Perdyu Universitetinin kənd təsərrüfatı sahəsi üzrə professoru, Alis Qast – Lihay Universitetinin rektoru) təyin edilib.
Cənubi Kaliforniya Universitetində kimya mühəndisliyi üzrə bakalavr, Prinston Universitetində eyni sahə üzrə magistr və doktorluq dərəcəsi almış Alis Qast 1985-2001-ci illərdə Stanford Universitetində kimya mühəndisliyi üzrə professor olub, Stanford Sinxrotron Şüalanma laboratoriyasında işləyib, 2001-ci ildə Massaçusets Texnologiya İnstitutunda elmi tədqiqatlar üzrə vitse-prezident vəzifəsində çalışıb. Milli Mühəndislik Akademiyasının, Amerika Humanitar Elmlər Akademiyasının üzvü olan A.Qast 2006-cı ildə yüksək rəqabətli milli seçimlərdən sonra Lihay Universitetinin 13-cü rektoru vəzifəsinə təyin edilib.
Öncə AMEA prezidenti, akademik Mahmud Kərimlv Azərbaycan və ABŞ arasında mövcud olan əməkdaşlıq əlaqələrindən söhbət açıb. O, yaşadığımız rəqəmsal əsrdə bu əlaqələrin yeni istiqamətlərinin müəyyənləşməsinin, gələcək inkişaf perspektivlərinin təyin olunmasının digər sahələrlə yanaşı elmi-texniki sferada da əməkdaşlıq əlaqələrinin davamlı inkişafında, bilik və təcrübə mübadiləsinin aparılmasında vacib şərtlərdən olduğunu bildirib. O, əsasən neft-qaz sahəsi, alternativ enerji mənbələri, informasiya texnologiyaları və nanotexnologiyaların inkişafı, biomüxtəlifliyin qorunması, içməli su problemlərinin həlli, ətraf mühitin mühafizəsi kimi məsələlərin prioritet istiqamətlərdən olduğunu dilə gətirib. Mahmud Kərimov Massaçusets Texnologiya İnstitutu, AMEA Radiasiya Problemləri İnstitutu ilə ABŞ-ın “Arqon” Milli laboratoriyası arasındakı əməkdaşlıq əlaqələrindən də danışıb.
Qloballaşma dövründə Azərbaycan elminin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılmasının, bu hədəflərin həyata keçirilməsində mühüm şərt olan elmin maliyyələşdirilməsi və kommersiyalaşdırılması, alimlərin sosial təminatı məsələlərinin həllinin əhəmiyyətini vurğulayan alim “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi üzrə Milli Strategiyanin həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edildiyini bildirdi. Strategiyada elmin innovativ inkişafı, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, savadlı, kreativ və mobil kadrların hazırlanması, beynəlxalq əlaqələrin yaradılması və davamlı inkişafı, dünyanın aparıcı dövlətləri ilə bilik və təcrübə mübadiləsinin aparılması, elmin informasiya təminatı kimi məsələlərinin öz əksini tapdığını söyləyib. Ötən il Elmin İnkişafı Fondunun yaradıldığı haqda da məlumat verən AMEA prezidenti fondun bu istiqamətdə apardığı işlərdən danışdı. Fond tərəfindən elmi-tədqiqat proqramları, layihələri və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə müsabiqələrin təşkil edildiyini qeyd edərək, uğurlu layihələrin seçilməsi, beynəlxalq əlaqələrin təşkili istiqamətində aparılan işləri nəzərə çatdırıb.
Azərbaycanda elmin inkişafı üçün böyük imkanların olduğunu vurğulayan Alis Qast ABŞ-da elm və texnologiyanın inkişafı məsələlərinə böyük önəm verildiyini vurğuladı, bu istiqamətdə aparılan işlərin gələcək inkişaf perspektivlərinin təyin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, mübadilə proqramlarının əhəmiyyətini vurğulayıb.: “ABŞ-da təhsil sisteminin innovativ inkişafına nail olunması səbəblərindən biri də alim və tədqiqatçıların bu proseslərdə yaxından iştirak etməsidir”.

548