Siçovullardan insanlara keçən nadir virus  aşkar edildi
22 oktyabr 2025 19:59 (UTC +04:00)

Siçovullardan insanlara keçən nadir virus aşkar edildi

0

2024-cü ilin mart ayında mərkəzi Almaniyadan olan 44 yaşlı qadın yüksək hərarət, şiddətli yorğunluq, ishal və kəskin böyrək çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib. O, müvəqqəti dializ terapiyasına ehtiyac duyub, lakin nəticədə tam sağalıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, laboratoriya testləri onun xəstəliyinə Seoul virusu, bir növ hantivirus səbəb olduğunu ortaya qoyub, elm adamları, ehtimal ki, onun əlamətlərin görünməsindən bir neçə həftə əvvəl özəl siçovul yetişdirmə müəssisəsinə səfəri zamanı yoluxduğunu sübut edib.

Yerli səhiyyə orqanları, FLI və BNITM tərəfindən aparılan birgə araşdırma nəticəsində məlum olub ki, virus yetişdirmə müəssisəsindən bir neçə siçovulda aşkar edilib. Genetik analiz heyvan və xəstənin viral ardıcıllığı arasında yüksək dərəcədə oxşarlıq aşkar edib. Seoul virusu bütün dünyada geniş yayılsa da, Almaniyada insan yoluxma halları indiyədək olduqca nadir olub.

Virusun ötürülməsinin əsas yolu yoluxmuş siçovulların sidiyi, nəcisi və ya tüpürcəyi ilə çirklənmiş kiçik hissəciklərin inhalyasiyasıdır. İnsandan insana yoluxma halları qeydə alınmayıb.

Professor Rayner Ulrih qeyd edib: "Bir çox insanlar ev siçovullarının ciddi xəstəliklərə səbəb olan patogenləri daşıya biləcəyindən xəbərsizdirlər".

O vurğulayır ki, ev heyvanlarına məsuliyyətlə sahib olmaq və yaxşı gigiyena yeni halların qarşısını almaq üçün çox vacibdir.

Bu arada, İnfeksiya Epidemiologiyası İnstitutunun mikrobioloqu Mario Hyönneman qeyd edir ki, tibb və baytarlıq xidmətləri arasında əməkdaşlıq bu işin hallarının aydınlaşdırılmasında əsas rol oynayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar