"Monako"nun yarımmüdafiəçisi Pol Poqba meydana qayıtmaq üzrədir.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, 32 yaşlı yarımmüdafiəçi artıq əsas qrupla məşq edir və yeni komandasında mümkün debüt etməyə hazırlaşır.
Xatırladaq ki, fransalı uzun müddət cəza aldığı üçün 2023-cü ildən bəri meydana çıxmayıb. O, yayda "Monako" ilə müqavilə imzalasa da, transferdən dərhal sonra zədələnib.
Sağalmasında irəliləyiş olmasına baxmayaraq, klubun baş məşqçisi Sebastyan Pokonoli oyunçunun geri qayıtmasını tələsdirməyi planlaşdırmır və ehtiyatlı davranacaq.
"Dünən o, mən gələndən sonra ilk dəfə komanda ilə məşq etdi. O, gülümsəyirdi, əylənirdi və digər oyunçularla ünsiyyətdə idi. Bu, ilk mərhələdir. Bu, bir neçə gün, iki və ya üç həftə çəkə bilər və bundan sonra sabit səviyyəyə çatmaq üçün bunun üzərində dayana bilərik", - məşqçi mətbuat konfransında deyib.