“Xocalı soyqırımı: şahidlərin dilindən” kitabının təqdimatı keçirilib
Lent.az-ın məlumatına görə, kitab millət vəkili Qənirə Paşayevanın və keçmiş millət vəkili Həvva Məmmədovanın həmmüəllifliyi ilə işıq üzü görüb. Kitabın redaktoru isə Azərbaycan Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalıdır.
Tədbirdə çıxış edən Dağlıq Qarabağın azərbaycanlılar icmasının rəhbəri və Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, bu kitab Xocalı soyqırımını öz gözü ilə görən şahidlərin dedikləri əsasında hazırlanıb. O, həmçinin qeyd edib ki, fevralın 26-da bu kitabın Türkiyədə də təqdimatı keçirilib.
Qənirə Paşayeva isə bildirib ki, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar Xocalı həqiqətlərini bütün dünyaya çatdırmalıdır. O, bildirib ki indi, prezident İlham Əliyevin dediyi kimi, “müdafiədən hücuma keçmək vaxtıdır”.
Millət vəkili həmçinin qeyd edib ki, kitabın Türkiyə türkcəsində versiyası da hazırlanıb və gələcəkdə ərəb dilində də nəşr olunacağı gözlənilir.
Daha sonra kitabın həmmüəlliflərindən olan Həvva Məmmədova da çıxış edib. O, etdiyi köməkliyə görə, Heydər Əliyev fonduna, Milli Təhlükəsizlik və Xarici İşlər Nazirliyinə minnətdarlıq edib.
Qeyd edək ki. təqdimat mərasimində ombudsman Elmira Süleymanova və digər qonaqlar da iştirak edib.
Ramiz Mikayıloğlu

1185