Strasburqda Xocalı soyqırımı ilə bağlı mitinq keçirilib
27 fevral 2011 15:30 (UTC +04:00)

Strasburqda Xocalı soyqırımı ilə bağlı mitinq keçirilib

ATXƏM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mitinqə Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor mudiri Qafar Əliyev, Milli Məclisin üzvü Fuad Muradov və Dağlıq Qarabağ Azərbaycanlıları İcması idarə heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev qatılıb.

Mitinqdə Strasburqda fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, Türk diaspor təşkilatları (Strasburq Türk Ailələri Federasyonu, Türk Ocaqları) və ətraf şəhərlərdə çalışan Azərbaycan, türk, fransız və digər təşkilatların nümayəndələri də iştirak ediblər.

400-ə yaxın nümayəndənin qatıldığı tədbirdə bildirilib ki, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirib, etnik təmizləmə aparıblar. Təcavüzkar erməni millətçilərinin və sərsəm "Böyük Ermənistan" ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss edib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəhşətli genosid aktı olub.

Qeyd olunub ki, 26 fevral tarixində azğınlaşmış erməni quldur birləşmələri mənfur sovet imperiyasının 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı həyata keçiriblər: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdiriblər.

Mitinqin sonunda Xocalı faciəsini əks etdirən foto materiallar, erməni millətçilərinin qanlı hərəkətlərini pisləyən, Xocalıya Ədalət Kampaniyasının şüarları istifadə olunub, ATXƏM-in hazırladığı bukletlər Strasburq ictimaiyyətinə paylanıb. Mitinqdə eyni zamanda Xocalı soyqırımının tanınması və bu soyqırıma dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi ilə bağlı bəyanat oxunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar