Deputat zarafat edirmiş
13 noyabr 2009 10:30 (UTC +04:00)

Deputat zarafat edirmiş

Aydın Həsənov: “Ancaq doğrudan belə də olmalıdır”

Millət vəkili Aydın Həsənov Milli Məclisdə 2010-cu ildə keçiriləcək parlament seçkilərinin təxirə salınması barədə bu gün səsləndirdiyi təkliflilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Aydın Həsənov bildirib ki, parlament seçkilərinin təxirə salınması barədə sözlərini zarafatla deyib.

Millət vəkili qeyd edib ki, maliyyə naziri Samir Şərifov çıxışında parlament seçkilərinə 50 milyon manat ayrılacağını dilə gətirib: “50 milyon manat seçkilərə ayrılmaq əvəzinə yol çəkməyə, deputatların qaldırdıqları məsələlərə xərclənsin. Parlamentdə bu sözləri mən zarafatla dedim, ancaq doğrudan belə də olmalıdır”.

YAP icraçı katibi, millət vəkili Əli Əhmədov və YAP icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov da Aydın Həsənovun fikirlərinə münasibətlərini bildiriblər. Hər iki millət vəkili deyiblər ki, bu, Aydın Həsənovun şəxsi fikridir, onlar isə bu fikirlə razı deyillər. Siyavuş Novruzov gələn il Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini söyləyib: “YAP bu ilki bələdiyyə seçkilərindən sonra parlament seçkilərinə hazırlaşacaq.”



“Təklif edirəm ki, növbəti parlament seçkiləri keçirilməsin”. Lent.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında millət vəkili Aydın Həsənov deyib. O, fikrini parlament seçkilərinə xərclənən vəsaitə qənaət olunması ilə əsaslandırıb: “Biz dolanmağa bir manat tapmırıq, ancaq seçkidə o qədər pul xərclənir. Seçkidə minlərlə müşahidəçi gələcək, o qədər xərcdir. Hərəsi də bizim haqqımızda bir rəy verəcək. Konstitusiyaya dəyişiklik edildi, başqa qanunlarımıza əlavə və dəyişiklik edildi. Mən təklif edirəm ki, müharibə şəraitində olan bir dövlət kimi Qarabağ məsələsi həll olunana qədər parlament seçkilərini təxirə salaq, seçkiyə ayıracağımız pulları isə burada (parlamentin iclasında – Lent.az) danışdığımız lazımi məsələlərə xərcləyək. Hazırda parlamentdə oturan millət vəkilləri xalqımızın ən ləyaqətli övladlarıdır. Əlavə seçimlərə nə ehtiyac var? Xahiş edirəm, müzakirələri dayandıraq və mənim qaldırdığım məsələyə səs verək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar