ATƏT PA-nın prezidenti Azərbaycana gələcək
ATƏT PA Katibliyindən APA-ya verilən məlumata görə, hazırda bu qurum prezident Eftimiunun regiona səfərinin təşkili ilə bağlı Azərbaycan, Ermənistan və Gürcüstan parlamentləri ilə iş aparır. Səfər ilin ikinci yarısına planlaşdırılır. Bu, Petros Eftimiunun ATƏT PA prezidenti qismində Azərbaycana ilk səfəridir. Xatırladaq ki, Petros Eftimiu bu posta 2010-cu ilin iyulunda seçilib.
687