“Bizi yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsi maraqlandırır”
“Ermənistanla imzalanmış protokollar Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasındadır. Biz bu məsələni gündəliyə daxil etmirik. Azərbaycan proseslərdən məmnun olmadan, ermənilər işğal etdikləri torpaqlardan çıxmadan, Türkiyəyə qarşı iddialarından vaz keçmədən biz protokolları gündəliyə daxil etməyəcəyik”.
Bu sözləri APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisi Xarici Əlaqələr Komissiyasının sözçüsü, hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) Bolu millət vəkili Mətin Yılmaz deyib. O, bir çox təhlilçinin mövcud vəziyyətin Türkiyədə gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər davam edəcəyi, sonra isə vəziyyətin dəyişəcəyi barədə rəyinə də münasibət bildirib: “Ermənilər bu məsələni həll etməyənə qədər, yəni Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər biz bu məsələni komissiyada müzakirəyə çıxarmayacağıq. Bu məsələdə iqtidar və müxalifət birlikdə hərəkət edir. Azərbaycan parlamentindən gələn qardaşlarımıza da bunu söylədik. Komissiya sədrimiz Murad Mərcanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gedib eyni mövqeni orada da nümayiş etdirdi”.
İsveçrənin yeni təşəbbüsünün olub-olmadığı barədə sualı cavablandıran M. Yılmaz Türkiyənin bölgədə sülh və sabitlik arzuladığını söyləyib: “Əgər bu istiqamətdə dünyanın hər hansı nöqtəsində addımlar atılarsa, biz də dəstək verərik. Əgər dünyanın bu işlə maraqlanan ölkələri bizim istəmədiyimiz addımları atarsa, biz buna qarşı çıxarıq. Qafqazın ən böyük problemi Azərbaycan torpaqlarının uzun müddətdən bəri işğal altında olmasıdır”.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07