Türkiyənin Qartəpə şəhərində Heydər Əliyev parkı istifadəyə verilib
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu park Diasporla İş üzrə Dövlət Komitəsi və Kocaeli vilayətinin Qartəpə bələdiyyəsi arasında imzalanmış protokola əsasən salınıb.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnar Məmmədov, Kocaeli valisinin müavini Mustafa Ünlüsoy, bələdiyyə sədri İbrahim Karaosmanoğlu, Qartəpə bələdiyyəsinin sədri Şükrü Karabalık, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, ictimaiyyətin nümayəndələri, qardaş ölkədə yaşayan həmvətənlərimiz parkın açılışı münasibəti ilə keçirilən mərasimdə iştirak ediblər. Türkiyənin mühüm turizm şəhərlərindən olan Qartəpədə 5 min kvadratmetr ərazidə salınmış parkda idman meydançaları, uşaqların istirahəti üçün guşələr xüsusi zövqlə inşa olunub. Qartəpə bələdiyyəsinin sədri Şükrü Karabalık çıxışında deyib ki, parka Heydər Əliyevin adının verilməsinin əsas məqsədi şəhərimizdə də türk dünyasının bu dahi oğlunun əziz xatirəsini yaşatmaq və Türkiyə-Azərbaycan qardaşlığına daha bir töhfə verməkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnar Məmmədov parkın yüksək səviyyədə salınmasına görə Kocaeli Böyükşəhər Bələdiyyəsinə və Qartəpə bələdiyyəsinə təşəkkür edib. Elnar Məmmədov qeyd edib ki, parkın yerləşdiyi ərazidə məskunlaşan əhalinin əksəriyyəti Azərbaycan əsillidir və burada Heydər Əliyev parkının salınması həm Azərbaycan dövlətinin, həm də Türkiyənin soydaşlarımıza hədiyyəsidir.

1189