Misirdə Azərbaycan dilinin öyrənilməsinə böyük maraq var
Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən “İnsan alverinə qarşı Beynəlxalq Forum”da iştirak edən millət vəkili Qənirə Paşayeva Qahirədə Misirin və ərəb ölkələrinin ən nüfuzlu təhsil ocaqlarından biri olan Ayn Şams universitetinin rektoru professor Maqid Eldib ilə görüşüb.
Qənirə Paşayevanın Lent.az-a verdiyi məlumata görə, görüş zaman Misir ilə Azərbaycanın təhsil əlaqələrindən danışan Maqid Eldib dövlət xətti ilə azərbaycanlı gənclərin müxtəlif təqaüdlər qazanaraq Misir universitetlərində, o cümlədən Ayn Şams universitetində təhsil aldıqlarını, rəhbərlik etdiyi universitetdə Azərbaycan dilinə böyük maraq göstərildiyini bildirib.
Rektor universitetlə Azərbaycanın təhsil ocaqları arasında əməkdaşlığın daha da genişləndirilməsini vacib sayıb, bu istiqamətdə işlərin sürətlənəcəyini bildirib. Millət vəkili Ayn Şəms Universiteti Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmalar Mərkəzinin nümayəndə heyətinin dolğun məruzələrlə sabiq prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimində iştirakını yüksək qiymətləndirərək rektora minnətdarlığını çatdırıb. Qənirə Paşayeva Ayn Şams Universitetinin türk dili və ədəbiyyatı şöbəsində üçüncü və dördüncü kursda oxuyan tələbələrə Azərbaycan dili öyrədilməyə başlanılmasını yüksək qiymətləndirib. Fənni tədris edən filologiya elmləri üzrə fəlsəfə doktoru Əhməd Sami Elaydinin bir müddət Azərbaycanda yaşadığını və Azərbaycan dilini azərbaycanlılar qədər bildiyini qeyd edən millət vəkili Azərbaycan dilini öyrənən tələbələrin sayının artmasının iki ölkə arasında dostluq münasibətlərinə öz müsbət təsirini göstərəcəyini dilə gətirib.
Qənirə Paşayeva Ayn Şams universitetinin rektoruna Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini bu gün də işğal altında saxlamaqda davam etməsi, 1 milyon azərbaycanlının öz yurd-yuvasına qayıda bilməməsi, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı bu günkü vəziyyət, Ermənistanın münaqişənin tənzimlənməsi istiqamətində, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində heç bir addım atmaması və bölgədə gərgin olan vəziyyəti daha da gərginləşdirməsi ilə bağlı da ətraflı məlumat verib. Görüşün sonunda Ayn Şams universitetinin rektoruna Azərbaycanla bağlı xatirə hədiyyəsi və Azərbaycan həqiqətlərini və mədəniyyətini özündə əks etdirən kitablar və sənədli filmlər hədiyyə edilib. Qənirə Paşayeva Maqid Eldibi Azərbaycana dəvət edib. O da Azərbaycanı görməyə şad olacağını vurğulayıb.
Millət vəkili Qahirəyə səfəri çərçivəsində həmçinin Misirdəki səfirliyimizdə bu ölkədə təhsil alan bir qrup azərbaycanlı tələbələrlə də görüşüb. Qənirə Paşayeva tələbə təşkilatının onlara Azərbaycan həqiqətləri, mədəniyyətimizlə bağlı kitablar, filmlər, materiallarla kömək olunması xahişini müsbət cavablandırıb və onlara bu istiqamətdə dəstək göstərilməsi üçün əlindən gələni edəcəyinə söz verib.

645