Millət vəkili Qənirə Paşayeva Misirə gedir
08 dekabr 2010 10:05 (UTC +04:00)

Millət vəkili Qənirə Paşayeva Misirə gedir

Milli Məclisin deputatı Qənirə Paşayeva dekabrın 8-dən 17-dək Misir Ərəb Respublikasında səfərdə olacaq, Luksor şəhərində keçirilən “İnsan alverinə qarşı Beynəlxalq Forum”da iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Misirin birinci xanımı Suzan Mübarək ilə BMT-nin baş katibi Pan Gi Munun rəhbərlik edəcəyi tədbir Palermo Konvensiyasının 10 illiyinə həsr olunub.

Tədbirə dünyanın bir sıra nüfuzlu siyasi xadimləri, o cümlədən ABŞ-ın Dövlət katibi Hillari Klinton da qatılacaq. Forumun əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsidir. Deputatımız Forumda çıxış edəcək. Forumdan sonra Misir senatının üzvü İsmayıl Seragəldinin dəvətinə əsasən Qənirə Paşayeva dünyanın ən qədim kitabxanalarından olan İsgəndəriyyə kitabxanasını ziyarət edəcək, İsgəndəriyyə Universitetində görüşlər keçirəcək.

Millət vəkili Misirin paytaxtı Qahirədə də bir sıra tədbirlərdə iştirak edəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında söhbət açacaq. Hər üç şəhərdə deputatımızın iştirak etdiyi tədbirlərdə Dağlıq Qarabağ həqiqətlərini əks etdirən materiallar, kitablar və videofilmlər yayılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar