Rauf Denktaş: “Heydər Əliyev Türk Dünyasının böyük şəxsiyyətlərindən biri idi“ - FOTO
“Heydər Əliyev Türk Dünyasının böyük şəxsiyyətlərindən biri idi”. Dünya Gənc Türk Yazarlar Birliyi başqanı, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalının Lent.az-a verdiyi məlumata görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucu prezidenti Rauf Denktaş “XXI əsrdə Türk Dünyası” adlı beynəlxalq simpoziumda iştirak edən millət vəkili Qənirə Paşayeva, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Mübariz Quliyev və onunla görüşdə dilə gətirib.
Heydər Əliyevin Türk Dünyasının bu günü və gələcəyi, Azərbaycan dövlətinin Türk Dünyasının birliyi istiqamətində gördüyü işlərə toxunan Rauf Denktaş Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış sabiq diplomat Turqut Ərin kitabına da toxunub: “Bu cür fikirlər yazarın fikirləridir, millətin, toplumun deyil. Heydər Əliyev dünyanı, uluslararası münasibətləri bilən, ölkəsini inkişaf etdirən böyük bir dövlət adamı idi. Türk Dünyasına, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına böyük əmək vermiş bir şəxsiyyətdir. Onun haqqında yanlış fikirlərin yazılmasını doğru hesab etmirəm.”
Rauf Denktaş xatirələrindən də danışıb: “Heydər Əliyev, Süleyman Dəmirəl və mən birlikdə İspartaya gedirdik. Yol boyu təyyarədə Azərbaycan, Türkiyə və Kiprlə bağlı söhbətlər edirdik. Mən gördüm ki, o bizim problemlərimizi nə qədər dərindən bilir. Bir sözlə, böyük dövlət adamı idi, Türk Dünyasının Birliyi üçün çox işlər görürdü və indi də övladı, prezident İlham Əliyev onun yolunu uğurla davam etdirir. Bunu qardaş Azərbaycanın bir şansı olaraq görürəm”.

Oxşar yazılar

Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri ilə öldü - MƏHKƏMƏ
2 may 2025 , 14:14
Bakıda media ilə bağlı FORUM KEÇİRİLİB
2 may 2025 , 11:10
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında
2 may 2025 , 02:35
Ermənistanın Qaradağlı kəndini işğal etməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
1 may 2025 , 22:42
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində oldular
1 may 2025 , 22:14
Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
1 may 2025 , 16:37
Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB
1 may 2025 , 11:15