ATƏT-də atəşkəs müzakirəsi həmsədrlərin narahatlığı ilə əlaqədardır
0
0
Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinin rəhbəri, ölkənin Avstriyadakı səfiri Fuad İsmayılov belə deyib
"Ermənistan və Azərbaycan arasındakı cəbhə xəttində atəşkəs rejiminin pozulması faktlarının çoxalması məsələsinin ATƏT-in Daimi Şurasının müzakirəsinə çıxarılması, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiyanın narahatlığından xəbər verir", - Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinin rəhbəri, ölkənin Avstriyadakı səfiri Fuad İsmayılov hesab edir.
ATƏT-in monitorinqi zamanı Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində baş vermiş son insident və atəşkəs rejiminin pozulması faktlarının çoxalması məsələsinə cümə axşamı Vyanada, ATƏT-in Daimi Şurasının iclasında baxılacaq", - bir müddət əvvəl jurnalistlərə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov deyib.
Fevralın 26-da Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində, Füzuli rayonunun Horadiz məntəqəsi yaxınlığında ATƏT missiyasının növbəti monitorinqinin keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq atəşkəs rejiminin pozulması səbəbindən bu, baş tutmayıb.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik cəbhə xəttində atəşkəs rejiminin pozulması faktları haqqında hesabat hazırlayıb və onu ATƏT-in Daimi Şurasına təqdim edəcək.
"Bu sadəcə müzakirələrdir və orada heç bir qərar qəbul edilmir", - “Trend”ə İsmayılov deyib.
Burada söhbət ATƏT-in üzv ölkələrinin diqqətinin bu faktlara cəlb edilməsindən gedir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır.