500 seçki məntəqəsində “web camera” quraşdırılacaq
02 mart 2009 17:00 (UTC +04:00)

500 seçki məntəqəsində “web camera” quraşdırılacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Lent.az-ın müxbiri xəbər verir ki, əvvəlcə MSK-nın sabiq üzvü, “Qarabağ və Respublika Uğrunda” Hərəkat təşviqat qrupunun MSK-dakı məşvərətçi səs hüquqlu üzvü Ənvər Əliyev təklif vermək üçün söz istəyib. Lakin MSK sədri Məzahir Pənahov qanunvericiliyi xatırladaraq ona səlahiyyətlərini xatırladıb. Beləliklə, Ə.Əliyevə çıxış etmək üçün söz verilməyib.

İclasda MSK-nın 9 fevral, 11 fevral, 16 fevral, 18 fevral və 24 fevral 2009-cu il tarixili protokolları təsdiqlənib.

Daha sonra 2009-cu il matın 18-nə təyin edilmiş referendumda səsvermə prosesində seçki məntəqələrində “web camera”lardan istifadə təcrübəsinin tətbiq edilməsi məsələsi müzakirə olunub. MSK katibi Natiq Məmmədov 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində 500 seçki məntəqəsində “web camera”ların quraşdırıldığını xatırladıb. “Kameraların quraşdırılması seçkinin dünyanın istənilən yerində olan şəxs tərəfindən izlənməsinə imkan verir” – deyə, N.Məmmədov əlavə edib. Səsvermə nəticəsində Azərbaycandakı seçki məntəqələrinin təxminən 10%-ində – 500 məntəqədə “web-camera”ların quraşdırılması barədə qərar qəbul olunub.

İclasda bəzi dairə seçki (referendum) komissiyalarının tərkibinə dəyişiklik edilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1304

Oxşar yazılar