Yuri Merzlyakov: “Qızıl”dır, ya yox, münaqişənin həlli üçün obyektiv imkan var” - MÜSAHİBƏ
“Ermənistana səfərimizdən sonra yenidən Azərbaycana qayıdacağımızı istisna etmirəm”
Bu gün Bakıya gələn ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov hava limanında jurnalistlərə müsahibə verib.
- Həmsədrlərin sonuncu bəyanatının səbəbi nə idi? Bu bəyanatda göstərilən hesabatlar Azərbaycan tərəfindən BMT-yə ötən ilin dekabrında təqdim edilib, sizin reaksiyanız isə fevralda ortaya çıxdı.
- Hesabatlarda tarix göstərilsə də, onlar bir az gec – Yeni il tətilində yayılıb. Ona görə də reaksiyanın gecikməsi də təbiidir.
- Siz hesab edirsiniz ki, beynəlxalq hüquq çərçivəsində verilmiş bu cür hesabatlar münaqişənin həllinə mane ola bilər?
- Həmsədrlər o prinsipdən çıxış edir ki, münaqişənin həlli prosesinə nələr əngəl törədə və nələr yardımçı ola bilər. Biz bəyanatı verərkən yalnız buna əsaslanmışıq. Biz bu cür hesabatların, xüsusən də başqa təşkilatlarda yayılan sənədlərin (sonradan ATƏT-də də yayıldı) həll prosesinə, ən azı həmsədrlərin həyata keçirdiyi vasitəçilik missiyasına kömək etdiyini düşünmürük.
- Həmsədrlərin budəfəki səfərində əsas məqsəd nədir?
- Biz prezidentlərin Sürixdə dilə gətirdikləri və baza prinsiplərinin razılaşdırılmamış məqamlarının yeni baxış bucağı altında müzakirəsini nəzərdə tutan xahişi yerinə yetiririk. Hazırda tərəflərin bu məsələlərə - heç olmasa, ən vaciblərinə - baxışını öyrənmək önəmlidir ki, biz onları yenidən komplektləşdirib təklif kimi irəli sürək. Ona görə də mən Ermənistana səfərimizdən sonra yenidən Azərbaycana qayıdacağımızı istisna etmirəm.
- Prezidentlərin qarşıdakı görüşünə hər hansı hazırlıq varmı? Görüş harada keçirilə bilər?
- Bu məsələyə prezidentlərlə görüşümüzdə toxunacağıq. Amma ən önəmlisi nəyi müzakirə edəcəyimiz və görüşün nə zaman, harada keçiriləcəyidir.
- Türkiyə mətbuatında belə bir məlumat yayılıb ki, mövcud həll planına əsasən əvvəlcə 5 rayon Azərbaycana qaytarılacaq və Dağlıq Qarabağda müvəqqəti idarəçilik yaradılacaq. Belə bir plan müzakirə edilibmi?
- Mən nə bu informasiyanı, nə də Dağlıq Qarabağla bağlı müzakirə olunan məsələləri şərh etməyə hazır deyiləm.
- Qoran Lenmarker hesab edir ki, Dağlıq Qarabağ problemini həll etmək üçün hansısa “qızıl imkan” yaranıb. Bununla bağlı nöqteyi-nəzəriniz maraqlı olardı.
- Bu imkanın “qızıl” kimi xarakterizə edilməsinə dair sualı yəqin ki, cənab Lenmarkerə ünvanlamaq lazımdır. Biz həmişə demişik ki, qızıldır, ya yox, münaqişənin həlli üçün obyektiv imkan var. Yalnız subyektiv faktorları həll etmək lazımdır ki, bu da tərəflərin siyasi iradəsindən asılıdır. Kifayət qədər çətin qərarlar qəbul etmək lazımdır. Bu, nə vaxt baş verəcəksə, “qızıl imkan” da onda yaranacaq. Hələlik mən bu imkanın mövcud olduğunu deyə bilmərəm.
APA

1685